KİV: Pəncşir əyalətində “Taliban” üzvləri ilə müqavimət qüvvələri arasında döyüş başlayıb

KİV: Pəncşir əyalətində “Taliban” üzvləri ilə müqavimət qüvvələri arasında döyüş başlayıb
# 08 yanvar 2022 00:58 (UTC +04:00)

Əfqanıstanın Pəncşir əyalətində hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının silahlıları ilə Milli Müqavimət Cəbhəsinin döyüşçüləri arasında silahlı toqquşmalar başlayıb.

APA xəbər verir ki, bu barədə cümə günü yerli “Aamaj News” agentliyi bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Həmid Xorasaninin komandanlığı altında radikal qruplar Ünəba bölgəsində müqavimət qüvvələrinə hücum edib.

Tərəflərin itkiləri ilə bağlı hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR