KİV: Şimali Koreya Yapon dənizinə əlavə 3 raket atıb

KİV: Şimali Koreya Yapon dənizinə əlavə 3 raket atıb
# 03 noyabr 2022 18:25 (UTC +04:00)

Şimali Koreya bu gün Yapon dənizi istiqamətində əlavə olaraq 3 ədəd yaxınmənzilli raket atıb.

APA “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Qərargah rəisləri komitəsi məlumat yayıb.

Həmçinin qeyd olunub ki, bundan öncə də ballistik raketin atılması barədə məlumat yayılmışdı, lakin raketin növü təyin edilməyib.

Xatırladaq ki, bu gün səhər saatlarında Şimali Koreya tərəfindən atılan digər 3 raketdən birinin, böyük ehtimalla, “Xvason-17” materiklərarası ballistik raketi, 2 ədəd isə yaxınmənzilli raket olması haqda məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR