KİV: Yaponiya Baş nazirinin NATO-nun Vilnüs sammitində iştirakı gözlənilir

Yaponiya Baş naziri Fumio Kişida

© APA | Yaponiya Baş naziri Fumio Kişida

# 24 may 2023 12:40 (UTC +04:00)

Yaponiyanın Baş nazir Fumio Kişida iyulda Vilnüsdə keçiriləcək NATO sammitində iştirak etməyi planlaşdırır.

APA "Kyodo News"a istinadən xəbər verir ki, bu barədə hökumət mənbələri bildirib.

Mənbələr bildirib ki, Baş nazir Fumio Kişida NATO-nun iyulda keçiriləcək sammitində iştirak etmək üçün hazırlıq görür. Mənbələr bildirib ki, Litvada keçiriləcək sammit çərçivəsində Kişidanın NATO-nun Baş katibi Yens Stoltenberq ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının Tokioda ofisinin açılması planını müzakirə etmək üçün ikitərəfli danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, son zamanlar Yaponiya qlobal təhlükəsizlik narahatlıqları fonunda trans-Atlantik alyansla əlaqələri dərinləşdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR