KİV: Yaponiya hərbi hospitalları yaralı ukraynalı əsgərləri müalicə edəcək

KİV: Yaponiya hərbi hospitalları yaralı ukraynalı əsgərləri müalicə edəcək
# 18 may 2023 11:12 (UTC +04:00)

Yaponiyanın Özünümüdafiə Qüvvələrinin hərbi hospitalları yaralı ukraynalı əsgərləri müalicə üçün qəbul edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin hakim Liberal-Demokratik Partiyasından olan millət vəkilinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, müalicə xərclərinin böyük hissəsini rəsmi Tokio öz üzərinə götürmək niyyətindədir.

Bu haqda rəsmi qərarın yaxın zamanda veriləcəyi bildirilib.

Mənbənin sözlərinə görə, Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbi hospitalları tarixdə ilk dəfə xarici hərbçiləri müalicə üçün qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR