KİV: Yaponiya və Koreya Respublikası təhlükəsizliklə bağlı danışıqları bərpa etmək niyyətindədir

KİV: Yaponiya və Koreya Respublikası təhlükəsizliklə bağlı danışıqları bərpa etmək niyyətindədir
# 15 mart 2023 10:51 (UTC +04:00)

Yaponiya və Koreya Respublikası təhlükəsizlik məsələləri üzrə danışıqları bərpa etmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo News” agentliyi hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, danışıqlar zamanı xüsusilə Koreya yarımadasındakı vəziyyətin müzakirəsi və Şimali Koreya tərəfindən ballistik raketlərin atılmasını izləmək üçün məlumat mübadiləsinin aparılması planlaşdırılır.

Yaponiya və Koreya Respublikası son beş ildə ilk dəfə olaraq XİN və Müdafiə Nazirliklərinin nümayəndələri səviyyəsində təhlükəsizlik məsələləri üzrə danışıqları bərpa etmək niyyətindədirlər.

Qeyd olunub ki, bu mövzunun Koreya Respublikasının Prezidenti Yun Sok Yolun bu həftə Yaponiyanın paytaxtı Tokioya səfəri zamanı müzakirə ediləcəyi gözlənilir.

Danışıqların növbəti raundu üçün konkret tarixlər hələ müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR