Kremldə Rusiya və İran liderlərinin görüşü başlayıb

Kremldə Rusiya və İran liderlərinin görüşü başlayıb
# 19 yanvar 2022 17:26 (UTC +04:00)

Rusiya və İran prezidentləri arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, pandemiyaya baxmayaraq iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artıb.

Putin iranli həmkarı ilə ilə ikitərəfli münasibətləri, birgə layihələri və beynəlxalq gündəmi, o cümlədən Əfqanıstandakı vəziyyəti müzakirə etmək istədiyini söyləyib.

Rusiya lideri danışıqlarda gündəlikdə duran məsələlərin çox geniş olduğunu vurğulayıb.

O, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət planını ilə bağlı İran prezidentinin mövqeyini öyrənmək istədiyini də söyləyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR