Küveyt 6 il sonra İrana yeni səfir təyin edib

Küveyt 6 il sonra İrana yeni səfir təyin edib
# 15 avqust 2022 07:58 (UTC +04:00)

Küveyt 6 il sonra İrana yeni səfir təyin edib.

APA-nın Tehran bürosunun məlumatına görə, İran mediası bildirib ki, Küveyt hökumətinin yeni səfiri Bədr Abdulla əl-Manix şənbə günü etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiana təqdim edib.

Küveytin Xarici İşlər Nazirliyi də əl-Manixin ölkənin Tehrandakı səfirliyinə təyin olunduğunu təsdiqləyib.

Qeyd edək ki, 2015-ci ildə İranın Ali Liderinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsib.

Bir il sonra Küveyt Fars körfəzinin digər ərəb ölkələri ilə birlikdə Səudiyyə Ərəbistanına həmrəylik əlaməti olaraq Tehrandakı səfirliklərini geri çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR