Küveyt parlamenti buraxılıb, növbədənkənar seçkilər elan edilib

Küveyt parlamenti buraxılıb, növbədənkənar seçkilər elan edilib
# 03 avqust 2022 05:27 (UTC +04:00)

Küveytdə parlament rəsmən buraxılıb.

APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Küveytin vəliəhd şahzadəsi Şeyx Mişal Əl-Əhməd Əl-Cabir Əl-Sabah fərman imzalayıb.

Ölkədə 2 ay ərzində növbədənkənar ümumi seçkilərin keçiriləcəyi elan edilib.

Küveytdə hökumət və parlament arasında onilliklər ərzində yaranan narazılıqlar tez-tez kabinet dəyişikliyinə və qanunverici orqanın buraxılmasına səbəb olub. Parlament sonuncu dəfə 6 il qabaq buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR