Küveytdə yeni hökumət qurulub - VİDEO

Küveytdə yeni hökumət qurulub - VİDEO
# 06 oktyabr 2022 03:22 (UTC +04:00)

Küveytdə yeni hökumət qurulur.

APA bu ölkənin rəsmi agentliyi KUNA-ya istinadən xəbər verir ki, baş nazir Şeyx Əhməd Nəvaf yeni hökuməti qurmaq üçün vəliəhd şahzadəyə təklif edilən adları təqdim edib.

Vəliəhd Şeyx Meşal 15 nazirdən ibarət hökumətin yaradılmasını təsdiqləyib.

Abdullah Əli Abdullah əs-Sali əs-Sabah müdafiə naziri, Hüseyn İsmayıl neft naziri, Əhməd əl-Avadi isə səhiyyə naziri təyin edilib.

Huda əl-Şaycinin sosial xidmətlər naziri, Rana əl-Farisin isə rabitə üzrə dövlət nazirləri təyin edilməklə kabinetə iki qadın nazir daxil edilib.

Son 73 gündə ölkədə Şeyx Əhməd Nəvvafın sədrliyi ilə ikinci hökumət quruldu.

Avqustun 2-də Küveyt əmiri Şeyx Nəvaf əl-Cabir əs-Sabahın böyük oğlu Əhməd Nəvafın başçılıq etdiyi hökumət üzvləri and içib.

Küveyt əmiri oktyabrın 2-də baş nazir Əhməd Nəvafın istefasını qəbul edib və yeni hökumət qurulana qədər mövcud hökuməti müvəqqəti olaraq təyin edib.

Sentyabrın 29-da ölkədə seçkiyə gedən xalq Məclisə 50 üzv seçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR