KXDR-də qızdırmaya yoluxanların sayı azalır

KXDR-də qızdırmaya yoluxanların sayı azalır
# 22 iyun 2022 05:41 (UTC +04:00)

Ardıcıl 4 gündür Şimali Koreyada qızdırması qalxanların sayı 20 min nəfərdən aşağı olur. Ötən gün 15 260 qızdırmalı xəstə aşkar edilib.

APA xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

KXDR-də qızdırma simptomları ilə yayılan koronavirusa 4,6 milyondan çox insan yoluxub. Aktiv xəstə sayı 26 min nəfər, xəstəlikdən ölənlərin sayı isə 73 nəfərdir.

Ölkədə ən ciddi yoluxma mayın 13-də qeydə alınıb. Həmin gün 392 920 yeni yoluxma aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR