KXDR-in 100 minə yaxın sakini mitinq keçirib

KXDR-in 100 minə yaxın sakini mitinq keçirib
# 06 yanvar 2023 07:54 (UTC +04:00)

KXDR-in 100 minə yaxın sakini partiyanın Mərkəzi Komitəsinin plenumunun qərarlarını dəstəkləyən mitinq keçirib.

Pxenyanda Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin altıncı plenar sessiyasının qərarlarına dəstək məqsədilə 100 minə yaxın sakinin iştirakı ilə mitinq keçirilib.
APA xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

“Bir sıra iştirakçıların şifahi çıxışları dinlənilib, daha sonra kütləvi nümayiş keçirilib. Sonra mitinq iştirakçıları Yeni il konsertinə baxıblar”, - deyə məlumatda qeyd olunub.

Mitinq yanvarın 5-də Pxenyandakı “Birinci May” stadionunda keçirilib. Burada müxtəlif müəssisə, fabriklərinin işçiləri, tələbələrdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR