KXDR növbəti raket buraxılışı həyata keçirib

KXDR növbəti raket buraxılışı həyata keçirib
# 05 yanvar 2022 06:18 (UTC +04:00)

Koreya Xalq Demokratik Respublikası (KXDR) yerüstü qurğudan ballistik raket atışı həyata keçirib. Raket Yapon dənizinə düşüb.

APA-nın xəbərinə görə, bu barədə Yonhap agentliyi Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Yaponiya tərəfi də raket buraxılışını təsdiqləyib. NHK televiziyasının xəbərinə görə, Şimali Koreyadan buraxılan raket Yapon dənizində Yaponiyanın iqtisadi zonasından kənara düşüb. Müdafiə nazirliyi raket atışı nəticəsində gəmi və təyyarələrin zərər çəkmədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR