Lavrov həftəsonu Tehrana səfər edəcək

Lavrov həftəsonu Tehrana səfər edəcək
# 20 iyun 2022 16:30 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edəcək.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

O bildirib ki, Sergey Lavrov həftəsonu Tehranda olacaq.

“İran Avrasiya və Qafqaz ölkələri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır”, - Xətibzadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR