Lavrov İran prezidenti İbrahim Rəisi ilə görüşüb

Lavrov İran prezidenti İbrahim Rəisi ilə görüşüb
# 22 iyun 2022 22:53 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran xarici işlər naziri Hüseyn Əmirabdullahiyanın dəvəti ilə bu gün axşam saatlarında Tehrana səfər edən Rusiyanın baş diplomatı Sergey Lavrov, İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Lavrovun İran rəsmiləri ilə Ukrayna, Suriya və Əfqanıstandakı vəziyyət, həmçinin iki ölkə arasında ticarət əməkdaşlığının gücləndirilməsi ilə bağlı danışıqlar aparacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR