Lavrov İranın tezliklə ŞƏT-ə üzv olacağını bildirib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 23 iyun 2022 14:20 (UTC +04:00)

İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olması prosesi çox çəkməyəcək, Rusiya bu qərarı alqışlayır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Abdullahiyanla Tehranda danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Bu ilin sentyabrında Səmərqənddə ŞƏT-in növbəti sammitində memorandum imzalanacaq, orada bu prosesin (İranın ŞƏT-ə daxil olması– red.) hüquqi və vaxt çərçivəsi aydın şəkildə göstəriləcək. Bu, proses çox uzun sürməməlidir”, - Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya ötən il İranın ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olması üçün başlatdığı rəsmi prosesi alqışlayır: “Biz əminik ki, Tehran formalaşmaqda olan çoxqütblü dünya nizamının əsas mərkəzlərindən biri kimi, Şanxay Əməkdaşlıq Təşkilatının möhkəmlənməsinə mühüm töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR