Livan Silahlı Qüvvələrinin komandanlığı ölkənin şimal sahillərində Tripoli ərazisində (Beyrutdan 90 km aralıda) xilasetmə əməliyyatının aparıldığını bildirib.
APA xəbər verir ki, ordunun mətbuat xidmətinin X sosial şəbəkəsində (keçmiş Twitter) yaydığı məlumata görə hərbi dənizçilər və Mülki Müdafiə Xidmətinin könüllüləri 27 nəfəri xilas edə biliblər.