Livanda külli miqdarda narkotik vasitə ələ keçirilib

Livanda külli miqdarda narkotik vasitə ələ keçirilib
# 30 dekabr 2021 06:51 (UTC +04:00)

Livan polisi Beyrut limanında əməliyyat zamanı böyük həcmdə narkotik vasitə ələ keçirib.
APA-nın xəbərinə görə, portağalın içərisinə yerləşdirilmiş polietilen paketlərdə 9 milyon kaptaqon həbi aşkar edilib. Yüksək təsirli narkotik vasitənin təyinat nöqtəsi Küveyt olub. Hazırda malın mənşəyi araşdırılır.

Qeyd edək ki, son sutkada dünyanın müxtəlif ölkələrində böyük həcmdə narkotik vasitə müsadirə edilib. Braziliyanın gömrük xidməti Santus limanında 2 ton narkotik vasitə aşkar edib. Niderland gömrükçülərinin Rotterdam limanında aşkar etdikləri kokainin bazar dəyəri 143 milyon dollardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR