Makron İran Prezidenti ilə iki saatlıq telefon danışığı aparıb

Makron İran Prezidenti ilə iki saatlıq telefon danışığı aparıb
# 23 iyul 2022 21:32 (UTC +04:00)

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Fransa Respublikasının Prezidenti Emmanuel Makronla 120 dəqiqəlik telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun məlumatına görə, liderlər ikitərəfli əməkdaşlığın gücləndirilməsi, regional və beynəlxalq məsələlər, o cümlədən ərzaq və enerji təhlükəsizliyini müzakirə ediblər.

Rəisi İranın müxtəlif ölkələrlə siyasi və iqtisadi əməkdaşlığın nəzərə çarpacaq dərəcədə genişlənməsinə toxunaraq, ABŞ-ın İrana qarşı sanksiyalarını qlobal iqtisadiyyat, xüsusilə də Avropa üçün zərərli hesab edib.

Fransa prezidenti Emmanuel Makron İran İslam Respublikasının regional siyasi proseslərdəki rolunu vurğulayıb.

Fransa prezidenti həmçinin nüvə danışıqlarının yekunlaşmasında ölkəsinin rolunun davam etdiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR