Malayziyada miqrantların saxlanıldığı mərkəzdə iğtişaş olub, 10 nəfər ölüb

Malayziyada miqrantların saxlanıldığı mərkəzdə iğtişaş olub, 10 nəfər ölüb
# 20 aprel 2022 09:22 (UTC +04:00)

Malayziyanın şimal-qərbində qanunsuz miqrantların saxlanıldığı müvəqqəti saxlama mərkəzindən qaçan azı 10 məhbus həyatını itirib.

APA xəbər verir ki, bu barədə “The Star” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, çərşənbə günü Keda əyalətində yerləşən mərkəzdə iğtişaşlar başlayıb. 500-ə yaxın qeyri-qanuni miqrant qaça bilib. Əməliyyat tədbirləri nəticəsində 229 miqrant yaxalanıb və 10 nəfər ölüb.

Qəzet qeyd edir ki, bu mərkəzdə olanların əksəriyyəti Myanmadan Malayziyaya qanunsuz köçən miqrantlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR