Marian adalarında 5,9 maqnitudalı zəlzələ qeydə alınıb

Marian adalarında 5,9 maqnitudalı zəlzələ qeydə alınıb
# 19 avqust 2019 00:26 (UTC +04:00)

Sakit okean adaları qrupuna aid Marian adalarında 5,9 bal gücündə zəlzələ olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Anatahan adasından 76 km şimal-şərqdə, zəlzələ ocağı isə 49 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində itki və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi də gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR