Məhəmməd bin Salman Yunanıstana və Fransaya səfər edəcək

Məhəmməd bin Salman

© APA | Məhəmməd bin Salman

# 26 iyul 2022 19:30 (UTC +04:00)

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yunanıstana və Fransaya səfər edəcək.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, vəliəhd şahzadə Məhəmməd bin Salman Yunanıstan və Fransaya səfər məqsədilə bu gün ölkəni tərk edib.

Bu, Səudiyyə Ərəbistanı şahzadəsinin 2018-ci ildən bəri Aİ ölkəsinə ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR