Məhkəmə ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşını həbsdə saxlayıb

Məhkəmə ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşını həbsdə saxlayıb
  • Clock-gray 16:52
  • calendar-gray 18 Sentyabr 2019

Məhkəmə ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi növbəti prosesin dekabrın 11-də keçiriləcəyini açıqlayıb.  

Qeyd edək ki, Metin Topuz FETÖ terror təşkilatına casusluq etməkdə ittiham olunur. Onun vəkilləri ittihamı rədd edərək, M. Topuzun ABŞ-a ekstradisiyasını tələb edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date