Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı ölüb

Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı ölüb
# 30 iyul 2022 19:16 (UTC +04:00)

Məşhəddə daşqınlar nəticəsində 7 İraq vətəndaşı həlak olub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xorasan Rəzəvi valiliyi məlumat verib.

Məlumatda qeyd olunur ki, daha 3 İraq vətəndaşı itkin düşüb. İraq vətəndaşlarını daşıyan mikroavtobus Məşhəd yaxınlığında yerləşən Mayamidən Çenarək kəndinə gedərkən leysan yağışları və daşqınlar səbəbindən aşıb, avtobusda olanlardan 7 nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR