MHP sədri xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

MHP sədri xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  • Clock-gray 16:51
  • calendar-gray 23 Sentyabr 2019

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı xəstəxanadan evə buraxılıb. 

APA-nın Türkiyə bürosunun xəbərinə görə, D. Baxçalı yuxarı tənəffüs yollarının iltihablanması ilə əlaqədar xəstəxanaya müraciət edib. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, MHP sədrinin səhhəti yaxşıdır, müalicəsini evdə davam etdirəcək.

 

*****

13:43

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada xəstəxanaya yerləşdirilib.

APA-nın CNN Türk-ə istinadən verdiyi xəbərə görə, MHP sədrinin köməkçisi Semih Yalçın D. Baxçalını xəstəxanada ziyarət edib.

O qeyd edib ki, D. Baxçalının şüuru özündədir və səhhəti yaxşıdır: “Dövlət Baxçalının ürəyində hər hansı problem yoxdur. Şüuru özündədir. Partiya sədrimizin səhhəti yaxşıdır”.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date