Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb

Misirdə daha bir qadın köpək balığının hücumu nəticəsində ölüb
# 03 iyul 2022 17:21 (UTC +04:00)

Misir Ətraf Mühit Nazirliyi bu gün Xurqadı rayonunda köpək balığının hücumu nəticəsində daha bir qadının öldüyünü açıqlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Sahl-Xaşiş çimərliyində qeydə alınıb.

Hadisə ilə bağlı mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb.

Qırmızı dəniz əyalətinin qubernatoru general-mayor Əmr Hanafi Sahl-Xaşiş çimərliyində istənilən fəaliyyətin qadağan edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, ötən cümə günü Avstriya vətəndaşı olan qadın Sahl-Xaşiş çimərliyində köpək balığının hücumu nəticəsində ölüb. Köpək balığı qadının əlinə və ayağına ciddi xəsarət yetirib və o, xəstəxanaya aparılarkən yolda həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR