Monqolustan paytaxtında etiraz aksiyaları keçirilir - VİDEO

Monqolustan paytaxtında etiraz aksiyaları keçirilir - VİDEO
# 05 dekabr 2022 16:27 (UTC +04:00)

Monqolustanın paytaxtı Ulan-Batorda etiraz aksiyaları keçirilir.

APA xəbər verir ki, bu barədə “News.mn” məlumat yayıb.

Qeyd olunub ki, Hökumət Evinin qarşısında keçirilən aksiya artıq 3 gündür ki, davam edir.

Etirazçılar Hökumət Evinə daxil olub.

Əlavə olunub ki, etirazlara səbəb son iki il ərzində ixrac üçün nəzərdə tutulan kömürün oğurlanmasıdır.

Küçələrə axışan insanlar hökumətdən tələb edir ki, Çinə göndərilməsi nəzərdə tutulan, lakin gedib çatmayan 13 milyard dollarlıq kömürün oğurlanmasına məsul şəxslərin adları təqdim olunsun.

Hökumət binası hazırda polisin nəzarətindədir, xəsarət alanlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR