Monqolustanda kömür oğurluğunda şübhəli bilinən 8 nəfər həbs olunub

Monqolustanda aksiya

© APA | Monqolustanda aksiya

# 08 dekabr 2022 10:21 (UTC +04:00)

Monqolustanda Çinə ixracı nəzərdə tutulan kömürü oğurlamaqda şübhəli bilinən bir qrup şəxs həbs olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Monqolustanın daxili işlər naziri brifinq zamanı bildirib.

Məlumatda deyilib ki, faktla bağlı Monqolustanın kömür çıxarılması və ixracı ilə məşğul olan dövlət şirkətinin keçmiş rəhbəri həbs edilib.

Onunla yanaşı, qohumları və bir neçə iş adamının evlərində axtarış aparılandan sonra həbs olunublar.

Nazir həmçinin qeyd edib ki, kömür oğurluğunu araşdırmaq üçün işçi qrupu yaradılıb, indiyə qədər ümumilikdə 8 nəfər həbs olunub.

Xatırladaq ki, Çinə ixracı nəzərdə tutulan 12,9 milyard dollarlıq kömürün oğurlanması ilə əlaqədar olaraq Monqolustanda kütləvi aksiyalar artıq bir neçə gündür ki, davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR