Mustafa Şentop Qırğızıstan və Tacikistan parlamentlərinin rəhbərləri ilə telefonla danışıb

Mustafa Şentop

© APA | Mustafa Şentop

# 19 sentyabr 2022 20:36 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qırğızıstan parlamentinin sədri Talant Mamitov və Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.

Qeyd olunub ki, Şentop həmkarlarına Türkiyənin iki ölkə arasındakı gərginliyin dialoq və danışıqlar yolu ilə həll olunmasını istədiyini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR