Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya qaçıb

Naməlum şəxs Cənubi Koreyadan Şimali Koreyaya qaçıb
# 02 yanvar 2022 06:30 (UTC +04:00)

Naməlum şəxs şənbə günü Qanqvon əyalətinin şərq hissəsindəki maneələri keçərək Cənubi Koreyadan Şimali Koreyaya qaçıb.

APA xəbər verir ki, bu barədə “Ryenhap” agentliyi Koreya Respublikası ordusuna istinadən məlumat yayıb.

Bildirilib ki, şənbə günü saat 21.20-də (Bakı vaxtı ilə 16.20) xüsusi texnika silahsızlaşdırılmış zonada bir nəfərin olmasını izləyib. Onun kimliyini müəyyən etmək mümkün olmayıb.

Həmin şəxsi ələ keçirmək üçün hərbçilər göndərilib. Demilitarizasiya zonasında keçirilən əməliyyat zamanı məlum olub ki, naməlum şəxs təxminən yerli vaxtla saat 22.40-da hərbi demarkasiya xəttini keçib və Şimala qaçıb.

Bazar günü səhər Cənubi Koreya hərbçiləri Şimala rabitə xətti vasitəsilə insident barədə bildiriş göndərib. Şimali Koreya ordusunda heç bir xüsusi hərəkətlənmə olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR