NATO çərçivəsində Türkiyənin İsveç və Finlandiya ilə bağlı narahatlığı araşdırılacaq

Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri

© APA | Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri

# 15 may 2022 15:56 (UTC +04:00)

"Türkiyə olaraq biz NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyirik".

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində baş tutan NATO ölkələrinin XİN rəhbərlərinin qeyri-rəsmi iclasından sonra mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə hər zaman “açıq qapı” siyasətinin tərəfdarıdır, Gürcüstan, Ukrayna və Bosniya və Hersoqovinanın üzvlük məsələsinə bir çox ölkə qarşı olduğu zaman Türkiyə onlara dəstək olub.

Mövlud Çavuşoğlu, NATO da müttəfiqlik prinsipinin vacib olduğunu bir daha vurğulayıb: “İsveç və Finlandiyanın üzvlüyü ilə bağlı mövqeyimizi Prezident Ərdoğan ortaya qoyub. Biz NATO-nun genişləndirməsinə qarşı olduğumuz üçün deyil, terror təşkilatlarına dəstək verən ölkələrinin alyansa üzv ola bilməmələrinə inandığımız üçün bu mövqedəyik. Bu iki ölkə terror təşkilatlarının üzvləri ilə görüşlər aparır, biz bu məlumatları müttəfiqlərimizə təqdim etdik. Biz onlarla da görüşdüyümüz zaman narahat olduğumuz mövzuları bir daha açıq şəkildə söylədik. Bundan əlavə, bu iki ölkə Türkiyəyə qarşı hərbi ixracatda məhdudiyyətlər tətbiq edir, amma NATO çərçivəsində olacaq müttəfiqlərin bunu etməsi yalnış olar”.

Bundan əlavə, Mövlud Çavuşoğlu İsveç xarici işlər nazirinin bu məsələ ilə bağlı açıqlamalarının yolverilməz, finlandiyalı həmkarının yanaşmasını isə real və müsbət olduğunu qeyd edib: “Türkiyənin narahatlığının aradan qaldırılması istiqamətində Alyans çərçivəsində işləmək təklifi irəli sürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR