Nazir: Neft emalı zavodlarına hücum nəticəsində Səudiyyə Ərəbistanının neft və qaz hasilatı 2 dəfə azalıb

Nazir: Neft emalı zavodlarına hücum nəticəsində Səudiyyə Ərəbistanının neft və qaz hasilatı 2 dəfə azalıb
  • Clock-gray 10:39
  • calendar-gray 15 Sentyabr 2019

Sentyabrın 14-də Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum nəticəsində Səudiyyə Ərəbistanının neft hasilatı 50 faiz azalıb.

APA-nın SPA agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Abdel Əziz Ben Salman bildirib.

Energetika naziri deyib ki, neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir. Eyni zamanda neft emalı zavodlarındakı yanğın qaz hasilatını da sutkada 2 milyard kub. fut həcmində azaldıb. Bu həcmdə qaz 700 min barel sıxılmış maye qazın istehsalında istifadə edilir. Bununla da ölkənin etan və sıxılmış maye qaz ehtiyatları yarıya qədər azalıb.

Abdel Əziz Ben Salman qeyd edib ki, sentyabrın 14-də saat 03.31 və 03.42 radələrində “Saudi Aramco” şirkətinin Abkayk  və Xurayse neft emalı zavodunda bir neçə partlayış baş verib. Nəticədə hər iki müəssisədə istehsal müvəqqəti dayanıb. Hazırda şirkət dəymiş zərərin həcmini hesablayır. Müəssisələrin işçiləri arasında xəsarət alanlar yoxdur.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah’ hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının artıq lokallaşdırıldığını açıqlayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date