Neft qiymətləri ucuzlaşıb, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir

Neft qiymətləri ucuzlaşıb, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir
# 19 sentyabr 2019 03:26 (UTC +04:00)

Riyaddan daxil olan nikbin xəbərlər fonunda neftin qiyməti çərşənbə günü bir qədər də ucuzlaşıb. Belə ki, Səudiyyə Ərəbistanı həftəsonu dron hücumlarının sıradan çıxardığı neft emalı obyektlərinin yarısının fəaliyyətini bərpa etdiyini xəbər verir.

APA “americanınsesi”nə istinadla xəbər verir ki, ABŞ xam nefti 1 dollar ucuzlaşaraq bareli 58.29, 'Brent' markalı xam neft isə 85 sent düşərək bareli 63.70 dollar olub.

Qeyd edək ki, “Saudi Aramco” dövlət neft şirkətinin Abqaiqdəki neftayrıma zavoduna hücum bazar ertəsi neft qiymətlərini 14% artırmışdı. Bu, 1991-ci ildə İraq Küveyti işğal edəndən bəri müşahidə edilən ən yüksək qiymət artımı idi. ABŞ-da çərşənbə günü benzinin litri 70 sentə qalxmışdı. Ötən həftənin ortalarında bu rəqəm 68 sent idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR