Nepalda rus alpinist həlak olub

Nepalda rus alpinist həlak olub
# 09 may 2022 00:30 (UTC +04:00)

Everest zirvəsinə qalxmaq istəyən rus alpinist vəfat edib.

APA-nın “Le Matin” saytına istinadən xəbərinə görə, bu barədə Nepal rəsmiləri məlumat verib.

Qeyd olunur ki, alpinist 6553 metr yüksəklikdəki düşərgədə adaptasiya dövründə ölüb. Onun meyiti əsas düşərgəyə endirilib. Hava şəraiti imkan verdikdə helikopterlə Katmanduya yola salınacaq. İlkin ehtimala görə, ölümə dağ xəstəliyi səbəb olub.

Xatırladaq ki, koronavirus pandemiyasına görə Nepal 2020-ci ildən dünyanın ən yüksək zirvəsinə dırmanmağı qadağan etmişdi. Bu mövsüm üçün 316 dırmanma lisenziyasının 16-nı ruslar əldə edib. Ümumilikdə bu il Everestə 600-dək alpinistin qalxması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR