Nepalda zəlzələ baş verib, 6 nəfər ölüb

Nepalda zəlzələ baş verib, 6 nəfər ölüb
# 09 noyabr 2022 08:59 (UTC +04:00)

Nepalın qərbində 5,6 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bir binanın uçması nəticəsində 6 nəfər ölüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha beş nəfər yaralanıb, onlar hazırda xəstəxanadadırlar.

Xilasetmə xidmətləri hadisə yerində axtarış aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR