Netanyahu: Dünya İranın kim olduğunu daha yaxşı anlamağa başlayır

İsrail Baş naziri Benyamin Netanyahu

© APA | İsrail Baş naziri Benyamin Netanyahu

# 01 fevral 2023 11:45 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın silah istehsalına qarşı fəaliyyət göstərdiyini bildirib. Bununla belə, o, bu yaxınlarda İranın hərbi sənaye obyektlərinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrdə ölkəsinin iştirakını etiraf etməyib.

APA xəbər verir ki, İsrail hökumət başçısı bu barədə CNN-nə müsahibəsində danışıb.

Baş nazir Netanyahu İsrailin İranda "müəyyən silah istehsalına qarşı hərəkətə keçdiyini” qeyd edib. Eyni zamanda, İran ərazisinə bu günlərdəki hücumların arxasında İsrailin olub-olmaması barədə xəbəri nə təsdiq, nə təkzib edib: “Mən heç vaxt konkret əməliyyatlar haqqında danışmıram. Hər dəfə Yaxın Şərqdə hansısa partlayış baş verəndə İsraili günahlandırırlar və ya məsuliyyət daşıdığını deyirlər. Bəzən bunu edən bizik, bəzən deyilik”.

İsrail hökumət başçısı İranın Ukrayna müharibəsinə müdaxiləsini də qınayıb: “Dünya İranın kim olduğunu daha yaxşı anlamağa başlayır - öz xalqına qarşı barbarlığı, Avropanın mərkəzində, Ukraynada günahsız insanları öldürən pilotsuz təyyarələr göndərdiklərinə dair fakt var”, - deyə o, Rusiyanın İran istehsalı olan dronlardan istifadə etdiyini xatırladıb.

O, İranın İsraili məhv etməyə yönəlmiş nüvə arsenalına sahib olmasının qarşısını almaq üçün Baş nazir kimi əlindən gələni etməyə hazır olduğunu deyib: “Tehran yalnız İsrailə deyil, Amerikaya da ölüm arzulayır. Düşünürəm ki, nüvə silahı əldə etməyi dayandırmağın və ya ondan çəkinməyin yeganə yolu ağır iqtisadi sanksiyalarla yanaşı, etibarlı hərbi təhdid yoludur”, - Baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR