Netanyahu Fransaya səfər edəcək

Netanyahu Fransaya səfər edəcək
# 31 yanvar 2023 04:36 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu fevralın 2-də Fransaya rəsmi səfərə getməyi planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “Yedioth Ahronoth” qəzeti yazır.

Qəzet qeyd edir ki, bu, 2022-ci il dekabrın sonunda baş nazir postuna qayıdan Netanyahunun xaricə ilk səfəri olacaq.

Fransada Netanyahunun Fransa prezidenti Emmanuel Makronla görüşü planlaşdırılır.

Qəzet qeyd edir ki, baş nazir şənbə günü axşam İsrailə dönməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR