Netanyahu İsrailin xarici siyasətinə yenidən baxılacağını açıqlayıb

Netanyahu İsrailin xarici siyasətinə yenidən baxılacağını açıqlayıb
# 04 yanvar 2023 23:43 (UTC +04:00)

İsrailin yeni hökuməti ölkənin xarici siyasətinə yenidən baxacaq və öz maraqlarını müstəqil şəkildə müdafiə edəcək.

APA-nın məlumatına görə, bunu çərşənbə günü Qüdsdə keçirilən konfransda İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“Biz xarici əlaqələrin auditini aparacağıq. Səsimiz bütün dünyada eşidiləcək. Biz dünya birliyinin diktəsi qarşısında baş əymək əvəzinə, İsrail dövlətinin və İsrail ölkəsinin maraqlarını qürurla müdafiə edəcəyik”, - baş nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR