Netanyahu məhkəmə islahatlarının yaya qədər təxirə salınmasına razılaşıb - YENİLƏNİB

Netanyahu məhkəmə islahatlarının yaya qədər təxirə salınmasına razılaşıb - YENİLƏNİB
# 27 mart 2023 19:22 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatları ilə bağlı qanunvericiliyə dəyişikliyin yaya qədər təxirə salınmasına razılaşıb.

APA xəbər verir ki, bu barədə "Jerusalem Post" İsrailin sağçı “Otzma Yehudit” partiyasının bu gün yaydığı bəyanatına istinadən məlumat yayıb.

***

13:00

İsrail Baş naziri Benyamin Netanyahu mübahisəli məhkəmə islahatlarını dayandıracağını bəyan edib.

APA N12-yə istinadən xəbər verir ki, Netanyahu bu barədə koalisiya rəhbərləri ilə görüşündə bildirib.

İsrailin ictimai radiosu “Kan”ın məlumatına görə, Benyamin Netanyahunun səhər saat 10-da verdiyi açıqlamada məhkəmə islahatları ilə bağlı qanunvericiliyi dondurduğunu elan edəcəyi gözlənilir. İsrail Prezidenti İsaak Hersoq genişmiqyaslı etirazlardan sonra bazar ertəsi səhər koalisiyanı məhkəmə islahatları ilə bağlı qanunvericiliyi dayandırmağa çağırıb.

Qeyd edək ki, Netanyahu hökumətinin təklif etdiyi məhkəmə islahatları ölkədə böyük etiraz dalğasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR