Noru qasırğası 1 milyondan çox filippinlinin həyatına təsir edib

Noru qasırğası 1 milyondan çox filippinlinin həyatına təsir edib
# 05 oktyabr 2022 06:40 (UTC +04:00)

Filippinin Luson adasında Noru qasırğası 1 milyondan çox insanın həyatına təsir edib.

APA-nın xəbərinə görə, bu barədə Filippinin hökumət mənbələri xəbər verib.

Məlumata görə, təbii fəlakət zonasından 46 min nəfər təxliyə edilib. Qasırğa 12 nəfərin ölümü, 69 nəfərin xəsarət alması ilə nəticələnib.

Şiddətli külək 52 minədək evə ziyan vurub, 7400 tikilini tam dağıdıb. İnfrastruktura dəyən ziyan 5 milyon dollardan çoxdur. Son 2 gündə 45 yola zərər dəyib, 18 körpü sıradan çıxıb. Əksər şəhərlərdə elektrik təchizatı kəsilib, dərslər dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR