Növbəti Çin-Mərkəzi Asiya sammiti Qazaxıstanda keçiriləcək

Növbəti Çin-Mərkəzi Asiya sammiti Qazaxıstanda keçiriləcək
# 19 may 2023 10:14 (UTC +04:00)

Növbəti Çin-Mərkəzi Asiya sammiti Qazaxıstanda keçiriləcək.

APA Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezidenti Kasım-Jomart Tokayev Çin və Mərkəzi Asiya ölkələri dövlət başçılarının zirvə görüşündə təkliflə çıxış edib.

Tokayev bildirib ki, Qazaxıstan ikinci Mərkəzi Asiya-Çin sammitini öz ərazisində keçirməyə hazırdır:

“Qazaxıstan Mərkəzi Asiyanın geosiyasi qarşıdurma meydanına çevrilməsini qəbul etmir”.

Çin Xalq Respublikasının (ÇXR) Şaansi əyalətinin mərkəzi olan Sian şəhərində təşkil olunan 2 günlük Çin-Mərkəzi Asiya sammiti çərçivəsində çıxış edən Çin sədri Si Cinpin də Qazaxıstan liderinin təklifini dəstəkləyib.

Cinpin bildirib ki, növbəti Çin-Mərkəzi Asiya sammiti 2025-ci ildə Qazaxıstanda keçiriləcək.

ÇXR lideri qeyd edib ki, Çin və Mərkəzi Asiya ölkələri dövlət başçılarının zirvə görüşü iki ildən bir növbə ilə Çində və region ölkələrində keçiriləcək və bu sammitdən ölkə liderlərinin görüşlər mexanizmini rəsmi şəkildə qurmaq üçün istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR