Nyu-Yorkda bıçaqlı hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb - VİDEO - YENİLƏNİB

Salman Rüşdi

© APA | Salman Rüşdi

# 13 avqust 2022 08:31 (UTC +04:00)

Nyu-Yorkda hücuma məruz qalan məşhur yazıçı Salman Rüşdinin son vəziyyəti açıqlanıb.

APA xəbər verir ki, Nyu York şəhər qubernatoru Kathy Hokul bıçaqlanma zamanı çoxlu qan itirən Rüşdiyə lazım olan qayğının göstərildiyini bildirib.

Həkim Martin Haskell Rüşdinin yaralarının ciddi, lakin müalicəsinin mümkün olduğunu bildirib.

75 yaşlı yazıçı institutda mühazirə deyərkən qara geyimli və maskalı şəxsin hücumuna məruz qalıb. Boynundan yumruq və bıçaq zərbələri aldıqdan sonra o, yerə yıxılıb.

Hücum edən şəxsin yaxalandığı bildirilib.

***

12.08.2022

Saat 20:29

Məşhur yazıçı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

APA CNN-ə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Salman Rüşdi tədbirlərin birində məruzə söyləyərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Dünya şöhrətli yazıçının səhhəti ilə bağlı hələ ki məlumat yoxdur.

Qeyd edək ki, ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları var.

Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR