Öldürdüyü həyat yoldaşının valideynləri Tehranın sabiq merini bağışlayıblar

Öldürdüyü həyat yoldaşının valideynləri Tehranın sabiq merini bağışlayıblar
  • Clock-gray 14:51
  • calendar-gray 17 Avqust 2019

İran prezidentinin müşaviri, Tehranın keçmiş meri Məhəmməd Əli Nəcəfinin öldürdüyü ikinci həyat yoldaşı Mitra Ustadın valideynləri qeydiyyat idarəsinə gedərək M.Ə.Nəcəfini əfv etdiklərinə dair sənədi rəsmiləşdiriblər.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu mərhum M.Ustadın  vəkili  Mahmud Haciluyi deyib.  
O bildirib ki,  M. Ustadın valideynləri  qeyd-şərtsiz və heç bir pul almadan M.Ə.Nəcəfini əfv etmək üçün sənədi imzalayıblar. 
Siyasətçi mayın 28-də gənc arvadını güllələdiyini etiraf etmiş və cinayətdə istifadə etdiyi silahı polisə təhvil vermişdi.

35 yaşlı Mitra Nəcəfinin meyiti  Saadat Abad rayonundakı evində tapılıb. Bu mərkəzi rayonda İran elitasının üzvləri məskunlaşıblar.
Müşavir özü polisə təslim olub və cinayətdə istifadə etdiyi silahı polisə təhvil verib.
O, ikinci həyat yoldaşının qətlini ailə münaqişəsi ilə əlaqələndirib. 
Xatırladaq ki, 67 yaşlı Nəcəfi 2017-ci ilin avqustunda Tehran meri seçilib, amma 2018-ci ilin aprelində istefa verib. M.  Nəcəfi İran prezidentinin ən yaxın adamlarından biri hesab edilir.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date