Ötən il öldürülən SEPAH üzvlərinin sayı açıqlanıb

Ötən il öldürülən SEPAH üzvlərinin sayı açıqlanıb
# 09 yanvar 2023 11:14 (UTC +04:00)

Ötən bir il ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 40-a yaxın hərbçisi həyatını itirib.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu SEPAH-ın Quru Qoşunlarının kordinatorunun müavini Əli Əkbər Purcəmşidian deyib.

O qeyd edib ki, həyatını itirən hərbçilər ölkənin müxtəlif bölgələrində, o cümlədən Tehranda baş verən son toqquşmalar, ölkənin şimal-qərb, qərb, cənub-şərq və digər bölgələrində gərginlik zamanı həyatlarını itiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR