Özbəkistan parlamenti Qaraqalpaqda fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyib

Özbəkistan parlamenti Qaraqalpaqda fövqəladə vəziyyət rejiminin tətbiqini dəstəkləyib
# 03 iyul 2022 11:18 (UTC +04:00)

Özbəkistan parlamentinin hər iki palatası Prezident Şavkat Mirziyoyevin Qaraqalpaq Muxtar Respublikasında fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə fərmanını dəstəkləyib.

APA-nın xəbərinə görə, bu barədə Özbəkistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

İyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejiminin qüvvəyə minməsinin dəstəklənməsi barədə qərarı Senatın sədri Tənzilə Narbayeva və Qanunvericilik Palatasının sədri Nurdinjon İsmailov imzalayıblar.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR