Özbəkistandan axtarış-xilasetmə və tibbi heyət Qaziantepə gedib

Özbəkistandan axtarış-xilasetmə və tibbi heyət Qaziantepə gedib
# 09 fevral 2023 10:43 (UTC +04:00)

Zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün Özbəkistandan axtarış-xilasetmə və tibb işçilərindən ibarət qrup Türkiyəyə gəlib.

APA xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri vəzifəsini yerinə yetirən Baxtiyor Saidov "Twitter"də bildirib.

"71 nəfəri və tibbi ləvazimatları daşıyan Özbəkistan Müdafiə Nazirliyini təyyarəsi Qaziantep şəhərinə gəlib. Onların əksəriyyəti (50 nəfər) bu həftə fəlakətli zəlzələlər zamanı yaralananlara təcili yardım göstərən səhra xəstəxanasında çalışacaq tibb işçiləridir. Türkiyənin yanındayıq və onun üçün dua edirik!" - Saidov paylaşımında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR