Pakistan 25 əfqanı həbsdən azad edib

Pakistan 25 əfqanı həbsdən azad edib
# 07 iyun 2023 00:16 (UTC +04:00)

Pakistan hakimiyyəti aralarında qadın və uşaqların da olduğu 25 əfqan qaçqını həbsdən azad edərək vətənlərinə qaytarıb.

APA xəbər verir ki, bu barədə "TOLO News" "Taliban"ın Kəraçidəki konsuluna istinadən məlumat yayıb.

Əfqanlar Pakistanın ölkənin cənub-şərqində yerləşən Sind əyalətində həbs edilib.

Onlar Əfqanıstanın İslamabaddakı səfirliyinin səyləri nəticəsində Spin-Boldak-Çaman keçid məntəqəsindən keçərək vətənlərinə qaytarılıblar.

Telekanal azad edilən Əfqanıstan vətəndaşlarının nə üçün Pakistan hakimiyyəti tərəfindən saxlandığı barədə təfərrüatlı məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR