Pakistan Milli Assambleyasının sədri: "Regional problemlərin həllini kənarda axtarmamalıyıq"

Raca Pərviz Əşrəf, Pakistan Milli Assambleyasının sədri

© APA | Raca Pərviz Əşrəf, Pakistan Milli Assambleyasının sədri

# 17 may 2022 15:35 (UTC +04:00)

“İqtisadi Əməkdaşlıq Təşkilatı güclənir”.

APA xəbər verir ki, bunu bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf deyib.

O bildirib ki, ölkələrimiz eyni taleyi bölüşür: “Biz regional problemlərin həllini kənarda axtarırıq. Regional problemlərin həllini kənarda axtarmamalıyıq. Dünyanın enerji resurslarının əsas hissəsinə sahib olan 17 ölkədən 3-ü - Qazaxıstan, Türkmənistan və İran İƏT regionunda yerləşir. Pakistan və Türkiyə dünyanın ilk 10 buğda istehsalçıları arasındadır. Ən iri pambıq istehsalçıları sırasına isə Özbəkistan daxildir. Biz dünyanın əsas çörək səbətiyik, amma buna baxmayaraq, xalqlarımızın həyat səvyyəsi yüksək deyil. Xalqlarımızın rifahını təmin etmək bizim borcumuzdur. Biz konsensus yaratmalı və regionumuz üçün rifahın yeni səhifəsini yazmağa kömək etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR