Pakistan Senatı Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 04 yanvar 2023 23:30 (UTC +04:00)

Pakistan Senatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına namizəd göstərib.

APA-nın Anadolu Agentliyinə istinadla xəbərinə görə, bu barədə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani Norveç Nobel Komitəsinə məktubunda bildirib.

“Rusiya-Ukrayna müharibəsi tezliklə bütün dünya üçün fəlakətlə bitə biləcək qaynar nöqtəyə çevrildi. O, (Ərdoğan) yorulmaz səyləri, hər iki tərəflə vaxtında və səmərəli qarşılıqlı əlaqəsi sayəsində qlobal fəlakətin qarşısını təkbaşına aldı”, - deyə məktubda vurğulanıb.

Sancrani prezident Ərdoğanı “hər zaman təkcə ölkəsinin deyil, bütövlükdə regionun və dünyanın inkişafı və çiçəklənməsi üçün çalışan əsl dövlət xadimi və lider” adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR