Pakistanda avtobus qəza nəticəsində yanıb, 41 nəfər ölüb - FOTO

Pakistanda avtobus qəza nəticəsində yanıb, 41 nəfər ölüb - FOTO
# 29 yanvar 2023 11:46 (UTC +04:00)

Pakistanın Bəlucistan əyalətində avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Nəşr hadisə yerindən fotolar da yayıb.

Qeyd olunub ki, Kvettadan Kəraçi şəhərinə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.

Bildirilir ki, qəza avtobus sürücüsünün sürət həddini aşması səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR