Pakistanda avtobus xəndəyə düşüb, 20 nəfər ölüb

Pakistanda avtobus xəndəyə düşüb, 20 nəfər ölüb
# 18 noyabr 2022 11:24 (UTC +04:00)

Pakistanın Sind əyalətində avtobus bu yay daşqınların baş verdiyi yolda su ilə dolu dərin xəndəyə düşüb, ölənlər var.

APA AFP-yə istinadən xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

Polisin verdiyi məlumata görə, Pakistanın cənubunda Sind əyalətində mikroavtobusun dərin su xəndəyinə düşməsi nəticəsində azı 20 nəfər ölüb, 13 nəfər yaralanıb.

Polis məmuru AFP-yə bildirib ki, mikroavtobus Xeyrpur rayonundan Sehvandakı məşhur sufi məbədinə sərnişinlər aparırmış. Onun sözlərinə görə, sərnişinlərdən 13-ü xilas edilib və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Xəstəxana rəsmiləri ölənlər arasında 8 qadın və 10-15 yaşlarında olan 10 uşağın olduğunu bildirib. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR